İran futbolçularını daşıyan təyyarənin bu hava limanına enməsinə icazə verilmədi

iran-futbolcularini-dasiyan-teyyarenin-bu-hava-limanina-enmesine-icaze-verilmedi
Oxunma sayı: 3342

İraq ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları əsas gətirərək İranın milli futbol komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enməsinə icazə verməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Təyyarə İrana qayıdaraq Abadan hava limanına enib, komanda oradan Bəsrəyə quru yolu ilə gedəcək”, - İranın Bəsrədəki konsulluğunun nümayəndəsi bildirib.

Hadisədən sonra İran mülki aviasiya rəsmisi bildirib ki, bu qərar ölkənin ABŞ tərəfindən İran aviaşirkətlərinə qarşı tətbiq edilmiş sanksiyaları pozmaq riskini üzərinə götürə bilməməsi səbəbindən qəbul edilib.

Qeyd edək ki, 2026-cı ilin sentyabrında İraq, ABŞ tərəfinin İran daşıyıcılarına xidmət göstərən və ya onlarla əməkdaşlıq edən hava limanlarına və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədəsindən sonra, İran aviaşirkətlərinin Bağdad hava limanına uçuşlarını dayandırmaq qərarına gəlib.