Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam saatlarında musiqisevərlərə “Zəfər” muğam ansamblının konserti təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan Sarayının qarşısında keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Qeyd edək ki, ansamblın bütün ifaçıları Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı çıxışları ilə yaxşı tanınırlar.
Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun təqdim etdikləri xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər