İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

imislide-agir-qeza
Oxunma sayı: 2335

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, “Kia” markalı minik avtomobili yük maşınına çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - deyə məlumatda qeyd edilib.

Surxay Şahbazov