İlon Mask bu il 95,4 milyard dollar qazanıb

ilon-mask-bu-il-954-milyard-dollar-qazanib
Oxunma sayı: 1772

Amerikalı milyarder İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, Mask dünyanın ən varlı 500 şəxsi siyahısına liderlik etməyə davam edir. Bu isə onun “SpaceX” və “Tesla” şirkətlərinin uğurlu fəaliyyəti ilə əlaqələndirilir. 

Agentlik, həmçinin qeyd edir ki, 2023-cü ildə dünyanın 500 varlı sahibkarının ümumi sərvəti 1,5 trilyon dollar artıb.