“İlin oyunu” adına namizədlər açıqlandı - Siyahıda GTA VI da var

ilin-oyunu-adina-namizedler-aciqlandi
Oxunma sayı: 168

Oyun dünyasının ən nüfuzlu mükafatlandırma mərasimlərindən biri olan “The Game Awards 2026”da “İlin oyunu” (Game of the Year) nominasiyası üzrə namizədlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu il əsas mükafat uğrunda 6 oyun mübarizə aparacaq.

Namizədlərin siyahısı belədir:

1. “007 First Light” — “IO Interactive”

2. “Control Resonant” — “Remedy/Annapurna”

3. “Grand Theft Auto VI” — “Rockstar Games”

4. “Phantom Blade Zero” — “S-Game”

5. “Resident Evil Requiem” — “Capcom”

6. “The Legend of Zelda: Ocarina of Time” — “Nintendo”

 Namizədlər arasında oyunçuların uzun müddətdir gözlədiyi “Grand Theft Auto VI” və məşhur qorxu oyunu seriyasının yeni hissəsi “Resident Evil Requiem” də yer alıb. Qaliblər dekabrın 10-da keçiriləcək “The Game Awards 2026” mərasimində elan olunacaq.

Qeyd edək ki, oyunçular mükafatlandırmanın rəsmi saytı – thegameawards.com üzərindən səsvermədə iştirak edə bilərlər.