İlin ilk Super Ayı görünəcək

ilin-ilk-super-ayi-gorunecek
Oxunma sayı: 88

Noyabrın 24-ü saat 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu gün ilin ilk Super Ayı görünəcək.

Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğacaq. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq. 

Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr saat 05:28-də olacaq.