İki ölkədə “Telegram” bloklandı

iki-olkede-telegram-bloklandi
Oxunma sayı: 1139

İraq və İordaniyada “Telegram” messencerinə giriş bloklanıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İraq rəhbərliyi məşhur messencerin qayda pozuntularını aradan qaldırması üçün 30 gün vaxt verib. 

İraq hökumətinin Mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyat şirkəti qanunvericiliyin tələblərini yerinə yetirmir və qaydaları pozan məzmunların silinməsi ilə bağlı ondan tələb olunan addımları atmayıb.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi isə “Telegram”ın ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını bildirərək ölkədə messenceri bloklayıb.

Bildirilib ki, Krallıq rəsmiləri messencerin ekstremizm, fundamentalizmin yayılması və milli təhlükəsizliyə təhdid yaradan kibercinayətlərin törədilməsi üçün platforma rolunu oynadığını hesab edir.