İki güləşçimiz dünya çempionatının finalında

iki-gulescimiz-dunya-cempionatinin-finalinda
Oxunma sayı: 582

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib.

Onlar sabah final görüşlərinə çıxacaqlar.