İcra başçısı Havzova kəndində qəbul keçirdi - Foto

İcra başçısı Havzova kəndində qəbul keçirdi
Oxunma sayı: 976

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 13 fevralda növbəti səyyar qəbulunu rayonun ən ucqar yaşayış məntəqələrindən olan Havzovada keçirib. 

“Qafqazinfo” xəbər verir ki, şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılmaqla inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib. 

Görüş zamanı sakinlər kənddə evlərin kütləvi şəkildə qazlaşdırılmasını, elektrik təsərrüfatının yenilənməsini, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştləri, verilən subsidiyaları dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi hər bir sakini sevindirdiyini və daha yaxşı işləməyə, təsərrüfatlarını genişləndirməyə həvəsləndirdiyini bildiriblər. 

Qeyd olunub ki, ötən təsərrüfat ilində kənddə bol məhsulun yetişdirilməsi, şəxsi təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayının çoxalması hesabına sakinlərin gəlirləri də artıb, maddi vəziyyətləri veyli yaxşılaşıb. 

Görüşün sonunda icra başçısı sakinlər tərəfindən qaldırılan problemlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi