İclasa hamam otağından qatıldı, müzakirələrə səbəb oldu - Video

iclasa-hamam-otagindan-qatildi-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 2948

Yeni Zelandiyada siyasətçi qadın Co Galer Danidin Şəhər Şurasının iclasına hamam otağından onlayn formatda qatılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb. 

Galerin bu addımı iclas iştirakçılarının təəccübünə səbəb olub. 

İştirakçılardan biri siyasətçiyə müraciət edərək arxa fonda şəxsi geyimlərinin də göründüyünü bildirib və ondan kameranın istiqamətini dəyişməyi xahiş edib.

Galer isə öz növbəsində bunun problem olmadığını qeyd edərək çıxışını davam etdirib.

İclasdan həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik: