1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.
Bu barədə “Qafqazinfo”ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tətildən sonrakı ilk dərs günü mayın 6-sı olacaq.
Qeyd edək ki, 1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.