Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:
“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.
Amin Nəzərli
Son xəbərlər
Son Xəbərlər