Hörmüzdə gəmi minaya düşüb yandı

hormuzde-gemi-minaya-dusub-yandi
Oxunma sayı: 883

Hörmüz boğazında hərəkət qaydalarını pozduğu bildirilən gəmi dəniz minasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, mayeləşdirilmiş təbii qaz daşıyan gəmi naviqasiya və identifikasiya sistemlərini söndürərək xəbərdarlıqlara məhəl qoymayıb və qadağan olunmuş əraziyə daxil olub. Nəticədə gəmidə partlayış baş verib və yanğın başlayıb.

Qeyd edək ki, SEPAH İranın müəyyən etdiyi qaydaları pozan və icazəsiz olaraq Hörmüz boğazından keçməyə çalışan gəmilərin dəniz minasına düşmək təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin Hörmüz boğazının Tehranın tam nəzarəti altında olduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl İran ordusu da Hörmüz boğazının şərq hissəsində neft tankerində yanğın baş verməsi və gəminin hərəkətinin dayanması barədə məlumat yayıb.