Hizbullahdan HƏMAS liderinin öldürülməsinə “cavab” gəldi

hizbullahdan-hemas-liderinin-oldurulmesine-cavab-geldi
Oxunma sayı: 4150

Livanın silahlı qruplaşması Hizbullah HƏMAS lideri Saleh əl-Arurinin Beyrutda öldürülməsindən sonra Meron hava bazasını hədəfə aldığını bildirib.

Bu barədə “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Hizbullah bu həftə Beyrutda Həmas liderinin öldürülməsinə “ilkin cavab” olaraq 62 raket zərbəsi ilə həyati əhəmiyyət kəsb edən İsrail hərbi postunu hədəf aldığını bildirib.