Hikmet Çetin vəfat etdi

hikmet-cetin-vefat-etdi
Oxunma sayı: 566

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetin 89 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş keçmiş sədrin vəfatı ilə bağlı paylaşım edib.

Kurtulmuş sosial media hesabındakı paylaşımında bunları qeyd edib:

“Dövlətimizdə müxtəlif vəzifələrdə, xüsusilə də Türkiyə Böyük Millət Məclisinin sədri kimi xidmət etmiş cənab Hikmət Çetinin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndim.

Mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və onu sevən hər kəsə səbir diləyirəm”.