Heydər Əliyev Fondundan 17 min uşağa hədiyyə - Fotolar

heyder-eliyev-fondundan-17-min-usaga-hediyye
Oxunma sayı: 1356

Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. "Qafqazinfo" xəbər verir ki, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.