Məlum olduğu kimi, dünən tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, tədbirlərlə istintaqdan yayınaraq Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.
Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.
Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Son xəbərlər
Son Xəbərlər