İspaniyanın keçmiş əmək naziri Fatima Banez Toledo əyalətində baş verən qatar qəzasında həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya Biznes Təşkilatları Konfederasiyası (CEOE) öz veb-saytında məlumat yayıb.
“CEOE bu çərşənbə günü Toledo əyalətində baş verən qatar qəzası nəticəsində CEOE Fondunun sədri Fatima Banezin vəfatı ilə bağlı dərin kədərini ifadə edir”, - məlumatda deyilir.
Qeyd edək ki, Banezin ölümü barədə xəbəri bir gün əvvəl “ABC” nəşrii yayımlamışdı. Nəşrin məlumatına görə, 59 yaşlı keçmiş nazir İspaniyada toqquşmaya məruz qalan qatarlardan birində olub.
Son xəbərlər
Son Xəbərlər