HƏMAS-la İsrail arasındakı münaqişənin həlli üçün plan təqdim edəcəklər

hemas-la-israil-arasindaki-munaqisenin-helli-ucun-plan-teqdim-edecekler
Oxunma sayı: 1148

Ərəb ölkələri tezliklə İsraillə münasibətlərin normallaşdırılması planını təqdim etməyi planlaşdırırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” yüksəkvəzifəli məmura istinadən yazıb.

“Ərəb dövlətləri İsraillə münasibətləri normallaşdıra biləcək daha geniş planın bir hissəsi kimi atəşkəsi təmin etmək və Qəzzada girovları azad etmək təşəbbüsü üzərində işləyirlər”, - deyə məqalədə bildirilir.

Mənbənin sözlərinə görə, ərəb ölkələri İsrailin HƏMAS-la müharibəsinə son qoymaq üçün bir neçə həftə ərzində plan təqdim etməyə ümid edirlər.

Qeyd olunur ki, dövlətlər Yaxın Şərqdə daha geniş münaqişənin qarşısını almağa çalışırlar.