HƏMAS Qəzza zolağına edilən hücumları müvəqqəti deyil, tamamilə dayandırmaq üçün səylər göstərdiklərini bəyan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, HƏMAS, həmçinin stabil atəşkəs müqabilində Qəzzada hakimiyyətdən imtina edəcəkləri iddiasını təkzib edib.
“Hərəkat rəhbərliyi xalqımıza qarşı hücumları və qırğınları müvəqqəti yox, tamamilə dayandırmaq üçün var gücü ilə çalışır”, - deyə məlumatda qeyd olunub.
Açıqlamada bundan sonra yenidən hücumların olacağı qısamüddətli atəşkəs istəmədikləri ifadə edilib. Qruplaşma üzvləri hücumlara birdəfəlik son qoyulmadıqca İsraillə əsir mübadiləsinə dair danışıqlar aparmayacaqlarını xatırladıblar.
Son xəbərlər
Son Xəbərlər