Həbib bu ölkəni ikinci vətəni adlandırdı

hebib-bu-olkeni-ikinci-veteni-adlandirdi
Oxunma sayı: 5885

UFC çempionu Həbib Nurməhəmmədov Alma-Atıda keçirilən GFC 23 turnirinin qonağı olub.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Həbib çıxışında Qazaxıstanı Rusiyadan sonra ikinci vətəni adlandırıb:

“Dağıstanda, eləcə də bütün Qafqazda Qazaxıstanın xüsusi yeri var. Mənim üçün, xalqım üçün Qazaxıstan ikinci vətəndir. Tarixə bəzi hadisələr bəllidir. Qazaxıstandan Qafqaza və əksinə köçürülmələr olub. Qazaxıstanlılar hər zaman bizi qardaşları kimi qəbul edib, dəstək olublar. Biz bunu başa düşür, bilir və qiymətləndiririk”.