Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib

hamile-qadin-bicaqlandi
Oxunma sayı: 5061

Tovuz rayon Qovlar şəhərində “Beş ulduz” kafesində​ qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, bıçaqlanan qadın hamilə olub.

O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Polisin keçirdiyi tədbirlər nəticəsində Düz Cırdaxan sakini 2002-ci il təvəllüdlü S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb.

Onun bıçaqlanan qadının qardaşı olduğu bildirilir.

***

TƏBİB-dən bildirilib ki, 13.11.2026-cı il tarixində saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir.

Yunis Quliyev