Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılması tələbi rədd edilən müttəhim hakimə hücum etmişdi.
“Qafqazinfo” xəbər verir ki, Deobra Redden bu dəfə məhkəmə zalına xüsusi ehtiyat tədbirləri ilə gətirilib.
Belə ki, ona maska və əlcək geyindirilib, qolları isə zəncirlə bağlanıb.
Qeyd edək ki, 30 yaşlı Redden bir adama beysbol çubuğu ilə hücum etdiyi üçün 4 il həbs cəzası alıb.

Son xəbərlər
Son Xəbərlər