Gürcüstanda koronavirusla bağlı son vəziyyət

gurcustanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1853

Gürcüstanda son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1085-ə yüksəlib. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 911 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 5 724 nəfər karantinə alınıb, 247 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Tibb müəssisələrində 158 pasiyentin müalicəsi davam etdirilir.