Gürcüstanda elektrik enerjisinin verilişində kəsinti baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Georgia” məlumat yayıb.
“Bu, son iki həftə ərzində Gürcüstanda baş verən üçüncü irimiqyaslı elektrik kəsilməsidir. Ölkənin heç bir şəhərində elektrik enerjisi yoxdur; Tbilisi metrosu fəaliyyətini dayandırıb, dəmir yolu nəqliyyatı da işləmir”, - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstanda ilk elektrik kəsilməsi iyulun 24-nə keçən gecə baş vermişdi. İkinci kəsilmə isə iyulun 25-i səhər saatlarında Tbilisidə və ölkənin digər iri şəhərlərində qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər