“Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə İdarə Heyətinin üzvü Rzayev Pərviz Səxavət oğlu təyin olunub. Pərviz Rzayev 2020-ci ildən “Günay Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
İdarə Heyətinin sədri vəzifəsini icra edən Hikmət Salmanlı isə öz faəliyyətini İdarə Heyətinin üzvü kimi davam etdirəcək.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 31 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hazırda 11.1 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Son xəbərlər
Son Xəbərlər