Noyabrın 25-i Azərbaycanın Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə ölkənin turizm sektoru nümayəndələri üçün Göygöl Şərab Zavoduna infotur təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, infotur çərçivəsində iştirakçılar müəssisənin zəngin tarixi, əsrlər boyu formalaşmış şərabçılıq ənənələri və istehsal prosesi ilə yaxından tanış olublar.
Ekskursiya zamanı qonaqlara zavodun tarixi irsi, şərab istehsalının özünəməxsus xüsusiyyətləri və müasir istehsal texnologiyaları barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılar üçün zavodun istehsal etdiyi məhsulların dequstasiyası təşkil olunub.
Bu kimi tədbirlərin keçirilməsi Azərbaycanda aqroturizmin, xüsusilə də şərab turizminin inkişafına, regionların turizm potensialının genişləndirilməsinə və milli şərabçılıq irsinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, turizm sektoru ilə yerli istehsalçılar arasında əməkdaşlığın gücləndirilməsi Azərbaycan şərablarının xarici ölkələrdə tanınmasına və beynəlxalq bazarlarda mövqeyinin möhkəmləndirilməsinə zəmin yaradır.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb.







Son xəbərlər
Son Xəbərlər