Yük gəmisində partlayış - 4 Azərbaycan vətəndaşı xilas edildi

yuk-gemisinde-partlayis
Oxunma sayı: 1310

Qara dənizin Bolqarıstan sahillərində göyərtəsində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu “BETUL 8” adlı yük gəmisi batıb.

“Qafqazinfo” “NTV” portalına istinadən xəbər verir ki, gəminin batmasına səbəb partlayış olub.

Somali bayrağı altında üzən və Rumıniyadan Misirə təqribən 3 ton buğda daşıyan “BETUL 8”dən 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı helikopterlə xilas edilib.

Partlayışın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.