Giorgia Meloni İtaliyanın ilk qadın Baş naziri oldu

giorgia-meloni-italiyanin-ilk-qadin-bas-naziri-oldu
Oxunma sayı: 2475

45 yaşlı Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya Prezident Administrasiyasının baş katibi Hüqo Zampetti deyib .

“Prezident Giorgia Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi”, - deyə bildirib.

Belə ki, G.Meloninin sağ mərkəzçi “İtaliya qardaşları” partiyası təxminən 24,6% səs toplayıb.

Yeni hökumət oktyabrın 22-də and içəcək.

Qeyd edək ki, onun əsas rəqibi "Demokrat Partiyası" təxminən 19,4%, "5 Ulduz Hərəkatı" 16,5%, "Liqa partiyası" 8,5% və "İrəli İtaliya" 8% səs toplayıb.