Gəncədə zəncirvari qəza - Xəsarət alan var - Fotolar

gencede-zencirvari-qeza
Oxunma sayı: 751

Gəncədə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsinə gedən yolun Samir Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən “Hyundai Sonata” markalı avtomobil ona arxadan çırpılıb. Daha sonra idarəetmədən çıxan “Hyundai” yol kənarında dayanan “Opel” markalı avtomobilə dəyib.

İlkin məlumata görə, qəzada “VAZ”ın sürücüsü - 1960-cı il təvəllüdlü Rasim Qəmbərov xəsarət alıb. O, Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev