Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var

gencede-masin-agaca-cirpildi
Oxunma sayı: 599

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 may küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarə etmədən çıxaraq ağca çırpılıb. İlkin məlumata görə, qəza zamanı 1991-ci il təvəllüdlü İlham Əliyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev