Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyevin idarə etdiyi “ZİL-131” markalı avtomobil çaya aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə nəticəsində Ş.Vəliyev və sərnişini olan oğlu Etibar hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.