Futbolçunun atasından maraqlı pankart - Foto

futbolcunun-atasindan-maraqli-pankart
Oxunma sayı: 1985

Ötən gün keçirilən “Şamaxı” – “Neftçi” (0:1) görüşündə meydan sahiblərinin futbolçusu Fuad Bayramovun atası Ehtibar Bayramovun açdığı pankart marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, oğlunun əyalət klubunda oynamasına görə bu komandaya azarkeşlik edən ata 40 illik fanatı olduğu “Neftçi”dən üzr istəyib. 

Onun açdığı pankartın üzərində “40 illik “Neftçi” məni bağışla, artıq “Şamaxı”nın fanatıyam” yazılıb. 

Həmçinin oxuyun: Оскар – 2023. Стали известны все победители премии - Список