UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda “Sabah”ın qonağı olacaq “Barselona”nın düşərgəsində gərginlik baş verib.
“Qafqazinfo” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hadisə komandanın Bakı Olimpiya Stadionundakı oyunöncəsi məşqi zamanı yaşanıb.
Fransalı sağ cinah müdafiəçisi Jül Kunde məşqə gecikib. Bu da baş məşqçi Hans Flikin qəzəbinə səbəb olub.
28 yaşlı futbolçu ötən mövsümdə də məşqlərə vaxtdından gec qatıldığı üçün əsas heyətdəki yerini itirmişdi.
Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması bu gün saat 21:45-də start götürəcək.
Son xəbərlər
Son Xəbərlər