Rəsmi qarşılamada fəxri qarovulun 2 üzvü huşunu itirdi - Video

resmi-qarsilamada-fexri-qarovulun-2-uzvu-husunu-itirdi
Oxunma sayı: 1798

Parisdə Yelisey Sarayında rəsmi qarşılama mərasimi zamanı fəxri qarovul dəstəsinin iki üzvü huşunu itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Fransa Prezidenti Emmanuel Makron slovakiyalı həmkarı Peter Pelleqrinini qarşılayan zaman baş verib.

Belə ki, P.Pelleqrininin korteji Yelisey sarayına çatan zaman qarovul üzvlərindən biri huşunu itirib. Mərasimdə iştirak edən fransalı rəsmilər həmin şəxsi tez bir zamanda ərazidən uzaqlaşdırıb.

Həmin vaxt isə Slovakiya lideri maşından enərək Makronun onun salamlamasını gözləyib. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən iki ölkə liderinin Yelisey Sarayına daxil olarkən arxadan daha bir huşunu itirmiş şəxsin aparıldığını görmək mümkündür. 

Həmin şəxslərin huşunu itirməsi səbəbi və vəziyyətləri açıqlanmayıb.