Fərid Xayrulin dünyasını dəyişdi

ferid-xayrulin-dunyasini-deyisdi
Oxunma sayı: 3608

Azərbaycan fotojurnalistika sənətində dəsti xətti olan Fərid Xayrulin dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, F.Xayrulin bu gün vəfat edib.

Qeyd edək ki, tatarəsilli Fərid Xayrulin 1956-cı ildə Bakı şəhərində anadan olub.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

2010-cu ildə Prezidentin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Allah rəhmət eləsin!