Feodosiya limanına hücum - 1 ölü, 2 yaralı - Yenilənib

feodosiya-limanina-hucum
Oxunma sayı: 4123

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus hərbi gəmini vurub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşşuk öz teleqram kanalında məlumat yayıb.

O bildirib ki, ilhaq olunan Krım yarımadasının Feodosiya limanında Rusiyanın Qara dəniz donanmasına aid “Novoçerkassk” desant gəmisi vurulub.

***

Krımın rəhbəri Sergey Aksenovun jurnalistlərə verdiyi açıqlamasına görə, Feodosiya limanına hücum nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

Onun sözlərinə görə, hadisə nəticəsində 6 binaya zərər dəyib.