“Fənərbaxça” “Roma” ilə heç-heçə etdi

fenerbaxca-roma-ile-hec-hece-etdi
Oxunma sayı: 484

UEFA Çempionlar Liqasında 18 illik fasilədən sonra mübarizəyə qoşulan Türkiyə nəhəngi “Fənərbaxça” Liqa mərhələsinin ilk turunda doğma meydanda İtaliyanın “Roma” klubunu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, İstanbulda keçən gərgin qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Roma”nın yeganə qolunu 39-cu dəqiqədə Brayan Kristante vurub. Meydan sahiblərindən isə 48-ci dəqiqədə Arçi Braun hesabı bərabərləşdirib.

Qeyd edək ki, “sarı-lacivərdlilər” növbəti turda, oktyabrın 14-də “Aston Villa”nın qonağı olacaq.