Faktiki hava - Açıqlandı

faktiki-hava
Oxunma sayı: 504

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağıb. 

Düşən yağıntının miqdarı: Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.