“Facebook” öz əməliyyat sistemini yaradır

facebook-oz-emeliyyat-sistemini-yaradir
Oxunma sayı: 1620

“Facebook” öz əməliyyat sistemini yaradır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Engadget” yazıb.

Ekspertlər hesab edir ki, kompaniya “Google” kimi texnoloji nəhənglərin asılılığından çıxmaq niyyətindədir. Gözlənilir ki, gələcəkdə “Facebook”un “Oculus” və “Portal” kimi məhsulları öz əməliyyat sistemlərində çalışacaq.

Əməliyyat sisteminin hazırlanması ilə “Windows NT”nin yaradıcısı Mark Lukovski məşğul olur.

Bundan başqa, kompaniya “Siri” və “Alexa” kimi səsli köməkçi də hazırlayır.