“Exit-poll”a görə neçə müraciət olub?

exit-polla-gore-nece-muraciet-olub
Oxunma sayı: 1469

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına sənəd təqdim edən təşkilatların sayı məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. 

Onun sözlərinə görə, indiyə qədər MSK-ya 3 təşkilat sənədlərini təqdim edib.

Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosialoji Tədqiqatlar Mərkəzidir.

Zaur Mirzə