“Əvvəlcə Conidən icazə alacağam” - Video

evvelce-coniden-icaze-alacagam
Oxunma sayı: 3565

Bir müddət əvvəl azərbaycanəsilli rusiyalı müğənni Conidən uşaq dünyaya gətirmək istədiyini instaqramda şərh yazmaqla etiraf edən müğənni, aktrisa və teleaparıcı Olqa Buzova daha bir açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, RU.TV telekanalının “Tema” şousunda qonaq olan Buzova qeyd edib ki, söylədikləri zarafatyana olmayıb: “Nə yazılıbsa, elə o deməkdir”.

Ulduz etiraf edib ki, Coninin iştirak etdiyi bütün verilişlərə baxır, onu sosial şəbəkələrdə izləyir.

“Çox şey deməyəcəyəm, əvvəlcə ondan icazə alacağam. Mən yalnız Coninin dediyini deyəcəyəm, nəyi demək olarsa”, - Buzova qeyd edib.

O bildirib ki, şəxsi bloqunda nümayiş etdirdiyi gözəl gül buketləri Conidən deyil.