Etibar Mirzəyev Türkiyənin DİN rəhbəri Süleyman Soylu ilə görüşdü - Video

etibar-mirzeyev-turkiyenin-din-rehberi-suleyman-soylu-ile-gorusdu
Oxunma sayı: 3354

“Azərbaycana, qardaşlarımıza bu çətin mübarizə günlərində bizimlə bərabər olduqları üçün minnətdarıq. Bir neçə gündür Azərbaycanın Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevlə birlikdəyik. FHN əməkdaşları ilə yanğın ərazilərində qarşılaşırıq. Onlar bədənləri, canları, ruhları ilə bu işin içindədirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan KİV-nə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

“Ötən gün dedikləri bir söz əslində hər şeyi ifadə edir. Ötən gün koordinasiya iclasında Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dedi ki, yanan hər ağac Azərbaycanda yaşayan hər kəsin ciyərini yandırır. Yəni eyni duyğunu yaşayırıq”, - deyə nazir bildirib.