Estoniyanın Baş naziri koronavirusa yoluxdu

estoniyanin-bas-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 2075

Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə K. Kallas feysbuk hesabında paylaşım edib.

Baş nazirin sözlərinə görə, bu gün səhər onun COVID-19 testinin nəticəsi müsbət çıxıb:

“Buna görə təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfəri təxirə saldıq. Həmçinin, sabah Tallində Baltikyanı ölkələrin Baş nazirlərinin görüşü də təxirə salındı”.