Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da Ermənistan və ABŞ arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sözügedən sazişin ratifikasiyasına razılıq verib. Səsvermə zamanı 63 deputat qanunun lehinə, 32 deputat isə əleyhinə səs verib. Bitərəf qalan olmayıb.
Son xəbərlər
Son Xəbərlər