Ermənistan Müdafiə Nazirliyi Fransanın “Bastion” zirehli texnikalarının ölkəyə göndərilməsi barədə yayılan məlumatları şərh etməyib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sözügedən mövzu ilə bağlı danışmaqdan boyun qaçırıb.
“Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi açıqlama və bəyanatlardan başqa hazırda əlavə məlumat verə bilmərik”, - deyə o qeyd edib.
Xatırladaq ki, “Caliber” noyabrın 12-si Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət etdiyini yazıb. Bildirilir ki, xüsusilə, ötən gecə Gürcüstanın Poti limanına Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb.
Son xəbərlər
Son Xəbərlər