Ərdoğan və Putinin müzakirə etdiyi məsələlər açıqlandı - Yenilənib

erdogan-ve-putinin-muzakire-etdiyi-meseleler-aciqlandi
Oxunma sayı: 2362

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Məlumata görə, iki ölkə lideri söhbət zamanı İsrail və Fələstin arasındakı qarşıdurmanı müzakirə edib.

***

Kreml Putin və Ərdoğanın telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, liderlər Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər.

“Prezidentlər mülki əhali arasında itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edərək yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələrin endirilməsinin qəbuledilməzliyini vurğulayıblar”, - deyə Kremldən bildirilib.