Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu - Video

erdogan-bextiyar-vahabzadenin-seirini-oxudu
Oxunma sayı: 2625

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Şuşada mətbuata bəyanatlarla çıxışı zamanı Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini oxuyub.

“Qafqazinfo” ​xəbər verir ki, Ərdoğanın sözlərinə görə, çıxışının sonunda Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirməyə bilməz:

“Birdir bizim hər halımız

Sevincimiz - məlalımız.

Bayraqlarda hilalımız.

Azərbaycan-Türkiyə!”

Ərdoğan həmçinin Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.