Saç tökülməsi əsasən kişilər arasında sıx rast gəlinir. Bu estetik problemi çox insan özünə dərd etməsə də, son vaxtlar xarici görünüşünə daha həssas yanaşan kişilərin sayının artması da həqiqətdir. Hətta belə səbəblərdən psixoloji problemlər yaşayanlar da var. Bu isə insanları çarə axtarmağa yönəldir. Buna görə biz son dövrlər saç əkiminə tələbatın artdığını müşahidə edirik.
Saç əkimi “donor bölgə” deyilən başın arxa bölgəsindən tüklərin alınıb, saçı tökülmüş hissəyə köçürülməsinə deyirlər. Ege Hospitalın dermatoloqu Dr. Vəli Cəfərov saç əkiminin daha çox “kişi tipli” saç tökülməsində istifadə olunduğunu bildirib. Kişi tipi saç tökülməsi saçların alnın üstündən və yanlardan başlayaraq arxaya doğru gedərək tökülməsinə deyilir. “Bu tip saç tökülməsi daha çox kişilərdə rast gəlinməklə birlikdə, xanımlarda da ola bilər” deyə həkim qeyd edib.
Həkim onu da bildirib ki, hazırda dünyada ən geniş yayılmış saç əkimi metodu FUE metodu (Follicular Unit Extraction - follikulyar vahid çıxarılması), yəni tüklərin bir-bir alınıb ön tərəfə açılan kanallara yerləşdirilməsidir.
Saç əkim proseduru əslində minimal cərrahi bir prosedurdur. Dr. Cəfərov əkimdən sonra xəstənin bir həftə yüngül çətinliyinin olduğunu, 9-10 günə isə, normal həyatına qayıtdığını deyir.
“Əkimdən təxminən 3-4 gün sonra tükü götürdüyümüz yerdə, ənsə nahiyəsində yüngül ağrılar olur. Sonra o da düzəlir, başqa bir problem olmur. Sadəcə 3 aydan bir kontrolları edirik” deyən həkim prosedurun bütün mərhələlərinin saç əkdirmək istəyənlərə qabaqcadan izah olunduğunu bildirir. Xəstələri ən çox narahat edən sual isə əkilən saçların yenidən tökülüb-tökülməyəcəyi ilə bağlıdır. Həkim bu suala cavab olaraq ənsə nahiyəsindən alınıb ön tərəfə əkilən tüklərin qalıcı olduğunu deyir: “Düzdür, saç əkdirən xəstələrin 95 faizində əkimdən sonra 3 aya qədər bir ‘şok tökülmə periodu’ olur. Amma bu normal bir şeydir. 3 aydan sonra yenidən çıxmağa başlayır.”
“Kişi tipi” saç tökülməsindən əlavə olaraq travma, çapıq, yanıq olan yerlərə, hətta başın təkcə saç bitən hissələrində deyil, qaş və ya saqqal bitən yerlərində də saç əkimi tətbiq etmək olur.
Amma hər saçı tökülən insanda, təəssüf ki, saç əkmək olmur. Burada saçın hansı xəstəlik səbəblə töküldüyü önəmlidir. “Çünki bu artıq başqa bir saç tökülməsidir, xəstəliyə bağlıdır və aktiv xəstəliyi var. Həmin şəxsdə saç əkimi etmək olmaz. Əgər əkilərsə, yenə töküləcəkdir. Ona görə saç əkimi etmək üçün xəstə seçimi düzgün olmalıdır.”
May ayının sonunadək Ege Hospitalın dermatoloqu Dr. Vəli Cəfərov tərəfindən saç əkilməsi aksiyası həyata keçirdilir. Saç əkilməsinin (limitsiz) qiyməti 1500 AZN, qaş əkilməsi isə nahiyədən asılı olaraq 500-800 AZN aralığındadır.
Qəbula yazılmaq üçün:
•1117
•(012) 599 11 17
•(050) 299 11 17
Ünvan Ak. Həsən Əliyev küçəsi, 38