Ece Üner və əri saxlanıldı

ece-uner-ve-eri-saxlanildi
Oxunma sayı: 751

Türkiyədə “Halk TV” ilə bağlı aparılan istintaq çərçivəsində 12 şəxs barəsində saxlanılma qərarı verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı 12 nəfərdən 9-u saxlanılıb. Onların arasında jurnalist cütlük Ece Üner və Deniz Bayramoğlu da var.

Qeyd olunub ki, jurnalist Hakan Kürşad Oğuz ölkə xaricində, şübhəlilərdən biri isə başqa cinayət işi üzrə həbsdədir. Daha bir nəfərin axtarışları isə davam etdirilir.

Xatırladaq ki, “Halk TV”nin sahibi Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə”, eləcə də “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə araşdırma aparılır.